Bu ilin ilk 9 ayında dövlət büdcəsinə 4,6 mlrd. manat vergi yığılıb

Bu ilin ilk 9 ayında dövlət büdcəsinə 4,6 mlrd. manat vergi yığılıb
# 18 oktyabr 2012 07:55 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 562 764,5 min manat həcmində vəsait daxil olub.

«APA-Economics»in Vergilər Nazirliyinə istinadən məlumatına görə, toplanan vəsaitin 1 094 415,8 min manatı və ya 24%-i ƏDV, 363 794,9 min manatı (8%) aksizlər, 1 696 042,3 min manatı (37,2%) mənfəət vergisi, 93 302,8 min manatı (2%) mədən vergisi, 25 769,4 min manatı (0,6%) torpaq vergisi, 83 687,1 min manatı (1,8%) əmlak vergisi, 590 571,2 min manatı (13%) fiziki şəxslərin gəlir vergisi, 77 869,6 min manatı (1,7%) dövlət rüsumlarının payına düşüb.

Hesabat dövründə yol vergisi üzrə yığımlar 20 025,1 min manat (0,44%), sadələşdirilmiş vergilər üzrə yığımlar 79 342,6 min manat (1,74%), sair daxil olmalar isə 437 943,8 min manat (9,6%) təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR