DSMF-də YAP-ın 20 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

DSMF-də YAP-ın 20 illik yubileyi münasibətilə tədbir keçirilib - <font color=red>FOTO</font>
# 30 oktyabr 2012 16:19 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə DSMF sədri, YAP-ın Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü Səlim Müslümov, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Bakı Metropoliteninin rəisi, YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov, həmçinin YAP Yasamal rayon təşkilatının fəalları, DSMF Aparatının əməkdaşları iştirak ediblər.

DSMF sədri, YAP-ın Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü Səlim Müslümov partiyanın müasir Azərbaycanın tarixində oynadığı roldan danışıb. O, YAP-ın Yasamal rayon təşkilatının 26 min üzvü olduğunu deyib.

YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov partiyanın yaradılmasından, Heydər Əliyevin hakimiyyətə qayıdışından söhbət açıb: “Həmin vaxt çox çətin idi. Şimaldan “Sadval”, Cənubdan “Talış-Muğam Respublikası”, Gəncədə qiyam... . Ölkə dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz Heydər Əliyev xalqın istəyilə hakimiyyətə gələrək dövləti, xalqı ağır vəziyyətdən qurtardı”.

Bakı Metropoliteninin rəisi, YAP Yasamal rayon təşkilatının sədr müavini Tağı Əhmədov da çıxışında partiyanın tarixindən danışıb: “Həmin illərdə Azərbaycana “prezidentləri qaçan ölkə” deyirdilər. Əbdürrəhman Vəzirov qaçdı, Ayaz Mütəllibov qaçdı, Əbülfəz Elçibəy qaçdı... Çünki onları xalq seçməmişdi. Heydər Əliyev həmin dövrdə xalqın çağırışı ilə gəldi, onu xalq seçdi”.

Tədbirdə YAP Yasamal rayon təşkilatının 3 üzvünə Fəxri Fərman verilib. Onların arasında DSMF Mərkəzi Aparatının rəhbəri Əjdər Cəbiyev də olub.

Sonda millət vəkili, yazıçı Aqil Abbasın müəllifi olduğu əsər əsasında çəkilmiş “Dolu” filmi nümayiş etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR