Bakıda şadlıq sarayında yanğın baş verib

Bakıda şadlıq sarayında yanğın baş verib
# 03 noyabr 2012 19:21 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakının Binəqədi rayonunda yerləşən “Clear” şadlıq sarayında yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şadlıq sarayının reklam lövhəsi və dam örtüyünün bir hissəsi yanıb.

Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən restorandan 30-a yaxın insan təxliyyə edilib.

Restoran yanğından mühafizə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR