Yevlaxda partlayış olub, ölən var

Yevlaxda partlayış olub, ölən var
# 17 oktyabr 2012 08:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda maye-qaz doldurma məntəqəsində partlayış baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 16-da saat 16.30 radələrində Yevlax şəhəri ərazisindəki maye-qaz doldurma məntəqəsində qeydə alınıb. Orada işləyən Elbrus Abdullayev məişətdə istifadə olunan qaz balonunu doldurarkən partlayış baş verib və o aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR