Ukrayna Azərbaycanı helikopter istehsalı proqramlarında iştiraka dəvət edib

Ukrayna Azərbaycanı helikopter istehsalı proqramlarında iştiraka dəvət edib
# 22 oktyabr 2012 11:59 (UTC +04:00)
APA-nın öz hərbi mənbələrinə istinadən verdiyi məlumata görə, bunlardan birincisi “Mi-24” helikopterinin bazasında yeni hücum helikopterinin “Mi-24PU1”, digəri isə “Mi-8MSB” adlı çoxməqsədli helikopterin istehsalı layihəsidir.

Hər iki proqram barədə Ukraynanın müvafiq strukturları Azərbaycan tərəfi üçün təqdimatlar keçirib və ilkin danışıqlar aparılıb. Hazırda Ukrayna Azərbaycan tərəfinin cavabını gözləyir.

“Mi-24PU1” adlandırılmış hücum helikopterinin sınaqları bu ilin yay aylarında yekunlaşıb.

“Mi-24” helikopterlərinin dərin müasirləşdirilmiş versiyası olan “Mi-24PU1” yüksək dağlıq ərazilərdə döyüş aparmaq üçün nəzərdə tutulur. Onlar həmçinin yüksəldilmiş döyüş imkanlarına malikdir.

“Mi-8MSB” tipli helikopterin sınaqları isə bu yaxınlarda başa çatıb. Bu helikopter əsasən şəxsi heyətin daşınması, yaralıların təxliyəsi üçün nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR