İrandan Türkiyəyə qaz ixracı yenidən bərpa olunub

İrandan Türkiyəyə qaz ixracı yenidən bərpa olunub
# 30 oktyabr 2012 11:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İrandan Türkiyəyə təbii qaz ixracı yenidən bərpa olunub. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, son bir ay ərzində İrandan Türkiyəyə təbii qaz ixracı boru xəttində baş verən iki partlayış səbəbindən dayandırılıb. Ancaq hər iki halda bir həftəlik təmirin ardından ixrac yenidən davam etdirilib.

Qeyd edək ki, 2010-cu ildən bəri İran-Türkiyə təbii qaz kəmərində 8 dəfə partlayış olub. İran gündəlik olaraq Türkiyəyə 30 mln. kubmetr təbii qaz ixrac edir. Ancaq Türkiyə baş vermiş partlayışlara görə nəql olunmayan mavi yanacağı kompensasiya etmək üçün İrandan təbii qaz idxalını artıracağını açıqlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR