Səbail və Nəsimi rayonlarına su fasilələrlə veriləcək

Səbail və Nəsimi rayonlarına su fasilələrlə veriləcək
# 04 oktyabr 2012 14:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Oktyabrın 4-5-də paytaxtın Səbail və Nəsimi rayonlarının bir hissəsinə - Nizami, Bül-bül, R.Rza, Mərdanov qardaşları, M.İbrahimov, S.Vurğun, Ə.Topçubaşov küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, buna səbəb Bakı şəhəri Səbail rayonunun Nizami küçəsində ötən əsrin 60-cı illərində çəkilmiş və uzun müddət istismarda olan 250 mm diametrli magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılmasıdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR