Azərbaycan Dövlət Neft Şirkəti dizel yanacağının ixracını azaldıb

Azərbaycan Dövlət Neft Şirkəti dizel yanacağının ixracını azaldıb
# 02 noyabr 2012 15:22 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2012-ci ilin oktyabr ayında 65 101 ton dizel yanacağı, 31 563 ton təyyarə yanacağı, 419 ton soba mazutu, 31 106 ton vakuum qazoylu ixrac edib.

Ümumilikdə, 2012-ci ilin yanvar-oktyabr ayları ərzində 761 281 ton dizel yanacağı, 58 157 ton avtomobil benzini, 117 360 ton təyyarə yanacağı, 2 843 ton soba mazutu, 31 106 ton vakuum qazoylu ixrac edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ilk 10 ayda dizel yanacağının ixracı 29,2%, soba yanacağının ixracı 49%, avtomobil benzininin ixracı 26,2% azalıb, təyyarə yanacağının ixracı isə 68,5% artıb.

Bu ilin oktyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti 1 014,36 dollar/ton, təyyarə yanacağı – 1 025,58 dollar/ton, dizel yanacağı - 968,32 dollar/ton, 1%-li kükürdlü mazutun qiyməti isə 643,55 dollar/ton təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR