Rusiya xarici işlər nazirinin müavini İrana səfər edəcək

Rusiya xarici işlər nazirinin müavini İrana səfər edəcək
# 21 oktyabr 2012 16:11 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, səfərdə məqsəd Orta Şərq və Suriyada baş verən hadisələrlə bağlı müzakirələr aparmaqdır. M. Boqdanov İran xarici işlər nazirinin müavini Hüseyin Əmir Abdullahiyanın dəvəti əsasında Tehrana gəlir.

Qeyd edək ki, H. Adullahiyan avqustun 5-də Moskvada M. Boqdanovla keçirdiyi görüşdə Suriya məsələsi başda olmaqla Orta Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR