Vaira Vike Frayberqa: “Dünyanın çox yerində beynəlxalq hüquq prinsiplərinə hörmətsizik müşahidə edirik”

Vaira Vike Frayberqa: “Dünyanın çox yerində beynəlxalq hüquq prinsiplərinə hörmətsizik müşahidə edirik”
# 05 oktyabr 2012 10:06 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA. “Dağlıq Qarabağ problemi bir çox dondurulmuş münaqişələrdən birdir. Bu münaqişəyə artıq bir çox ölkələr, o cümlədən BMT, Avropa Birliyi, digər beynəlxalq təşkilatlar münasibət bildirib və bəyan ediblər ki, bir ölkənin ərazi bütövlüyünə hörmət göstərilməlidir”. APA-nın xəbərinə görə, bunu Latviyanın sabiq prezidenti Vaira Vike Frayberqa deyib.

O, hazırda dünyanın çox yerində beynəlxalq hüquq prinsiplərinə hörmətsizik və saymazlıq müşahidə edildiyini vurğulayıb: “Bununla belə, həmişə ümid yeri var və başa düşürük ki, münaqişənin müharibə yolu ilə həll olunması düzgün addım olmaz. Diplomatik kanallarla danışıqları davam etdirmək lazımdır”.

Sabiq prezident Latviya ilə Azərbaycan arasında ikitərəfli münasibətləri çox yüksək dəyərləndirdiyini də qeyd edib: “Amma istərdim ki, iki ölkə arasında mal dövriyyəsi daha da artsın. Latviya iqtisadiyyatına daha çox Azərbaycan investisiyasının qoyulmasını istərdim”.

O, prezidenti olarkən Azərbaycan səfər etdiyini xatırladan V. V. Frayberqa Azərbaycanın inkişafının şahidi olduğunu, infrastrukturun inkişafını xüsusi qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR