Azərbaycan biznesmenləri Macarıstandakı investisiya layihələrinə dəvət olunur

Azərbaycan biznesmenləri Macarıstandakı investisiya layihələrinə dəvət olunur
# 18 oktyabr 2012 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan iş adamları Macarıstanda potensial investisiya layihələrində iştirak etməyə dəvət olunub.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan-Macarıstan arasında iqtisadi əməkdaşlığın inkişafı haqda aparılan müzakirələrin davamı olaraq Macarıstanda emal sənayesi, turizm, infrastruktur və enerji sektorunda hazırlanmış potensial investisiya layihələrində iştirak etmək üçün Azərbaycan sahibkarları dəvət olunub. Bununla yanaşı, Macarıstan şirkətləri qida sənayesində texnoloji əməkdaşlıq təkliflərini də irəli sürüb.

Əlaqə telefonu: (+994 12) 598-01-47/48.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR