Çexiyada zəhərli alkoqoldan ölənlərin sayı 30-a çatıb

Çexiyada zəhərli alkoqoldan ölənlərin sayı 30-a çatıb
# 20 oktyabr 2012 00:47 (UTC +04:00)
Bakı-APA. Brno şəhərinin klinikasına alkoqol zəhərlənməsi diaqnozu ilə yerləşdirilmiş 66 yaşlı kişi vəfat edib. Bu barədə xəstəxananın mətbuat katibi Anna Mrazova məlumat verib.

«Xəstə oktyabrın 3-dən klinikaya yerləşdirilib. O yanacaq-doldurma məntəqəsində ucuz qiymətə aldığı qeyri-qanuni spirtli içkidən zəhərlənib», deyə yerli polisin rəsmisi Petra Vedrova bildirib.

Bununla sentyabrın əvvəlindən etibarən Çexiyada zəhərli alkoqoldan ölənlərin sayı 30-a çatıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR