Avropa Yayımları Birliyi “Eurovision Young Dancers” yarışmasını davam etdirmək qərarına gəlib

Avropa Yayımları Birliyi “Eurovision Young Dancers” yarışmasını davam etdirmək qərarına gəlib
# 02 oktyabr 2012 13:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Avropa Yayımları Birliyi “Eurovision Young Dancers” yarışmasını davam etdirmək qərarına gəlib.

APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu dəfə “Eurovision” Gənc Rəqqaslar müsabiqəsinə Polşanın Qdansk şəhəri ev sahibliyi edəcək.

Bildirilir ki, rəqs şousunun 2013-cü il iyunun 14-də keçirilməsi qərarlaşdırılıb. “Eurovision Young Dancers”in icraçı rəhbəri Vladislav Yakovlev deyib ki, 2011-ci ildə Osloda yeni formatda keçirilən ilk yarışmadan sonra bir çox ölkə bu tədbirdə iştirak etməyə maraqlı olduqlarını ifadə edib. Elə bu səbəbdən müsabiqənin davamlı keçirilməsinə qərar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR