«SOCAR Ukrayna» şirkəti «iOS» və «Android» əməliyyat sistemi ilə işləyən qurğular üçün mobil əlavə hazırlayıb

«SOCAR Ukrayna» şirkəti «iOS» və «Android» əməliyyat sistemi ilə işləyən qurğular üçün mobil əlavə hazırlayıb
# 04 oktyabr 2012 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «SOCAR Ukrayna» şirkəti «iOS» və «Android» əməliyyat sistemi ilə işləyən qurğular üçün mobil əlavə işləyib hazırlayaraq istifadəyə verib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu əlavə vasitəsilə mobil cihaz sahibləri «SOCAR» brendi altında fəaliyyət göstərən ən yaxın yanacaqdoldurma məntəqəsinin yeri və təklif etdiyi xidmətlər, habelə «SOCAR Ukrayna»nın mövcud səhmləri barədə məlumat alacaq. Mobil əlavə pulsuz yüklənir. Ondan istifadə etmək üçün internetdən müvafiq proqramı yükləmək lazımdır. Proqramı işə saldıqdan sonra, istifadəçi avtomatik olaraq rusdilli menyuya daxil olur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR