Azərbaycan Prezidenti Saatlı rayonuna səfər edib-YENİLƏNİB

Azərbaycan Prezidenti Saatlı rayonuna səfər edib-<font color=red>YENİLƏNİB</font>
# 27 oktyabr 2012 20:15 (UTC +04:00)
Səhiyyə naziri Oqtay Şirəliyev dövlət başçısına məlumat verib ki, Saatlı Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri Prezident İlham Əliyevin 2010-cu ildə verdiyi sərəncamla ayrılmış vəsait hesabına aparılıb.

Xəstəxana üç korpusdan ibarətdir. Tibb müəssisəsinin əsas binası, poliklinika və yoluxucu xəstəliklər korpusları, eyni zamanda, mətbəxi və camaşırxanası tamamilə yenidən qurulub.

Xəstəxana 126 çarpayılıqdır, yeni avadanlıqla və tibbi ləvazimatlarla təmin edilib. Burada poliklinika, cərrahiyyə, doğum, pediatriya, reanimasiya, terapiya, ginekologiya, təcili yardım şöbələri, laboratoriyalar, uşaq və böyüklər üçün infeksion şöbələr fəaliyyət göstərir. Xəstəxanada 58 həkim və 125 orta tibb işçisi çalışır.

Bu gün ölkə başçısı Saatlı-Musalı-Məzrəli avtomobil yolunun Araz çayı üzərindəki körpüsünün yenidənqurmadan sonra açılışında da iştirak edib.

Nəqliyyat naziri Ziya Məmmədov körpünün yenidən qurulmasına Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azərkörpü” ASC tərəfindən ötən ilin iyulunda başlanıldığını deyib. Körpünün uzunluğu 238,8 metr, hərəkət hissəsinin eni 11,5 metr, səki ilə birlikdə isə 14,4 metrdir. Yenidənqurma zamanı səkilər, məhəccərlər və körpünün hərəkət hissəsi möhkəmləndirilib. Bərpa işləri zamanı yaz aylarında Araz çayında suyun səviyyəsinin artması və digər təbii amillər də nəzərə alınıb.

***
18.06

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 27-də Saatlı rayonuna səfər edib. APA-nın xəbərinə görə, prezident ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonda aparılan quruculuq işləri ilə bağlı ölkə başçısına məlumat verib. Daha sonra dövlət başçısı Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

Prezident rayonda Gənclər Mərkəzinin açılışında da iştirak edib. Məlumat verilib ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanılıb. Mərkəzdə tikişçilik dərnəyi, kompüter otaqları, atıcılıq klubu, rəssamlıq dərnəyi və rəqs studiyası yaradılıb. Konfrans və 200 nəfərlik iclas zallarında müxtəlif səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulub. Mərkəzdə elektron kitabxana və linqvistika otağı da fəaliyyət göstərir.

Prezident bu gün Saatlıda Tarix-Diyarşünaslıq Muzeyi və Rəsm Qalereyasının yeni binasının açılışında ida ştirak edib.

Ölkə başçısına məlumat verilib ki, Heydər Əliyev parkının ərazisində tikilən, ümumi sahəsi 917 kvadratmetr olan binanın həyətində qədim dövrdə Saatlı ərazisində yaşamış insanların məişət əşyalarından və əmək fəaliyyətindən bəhs edən guşələr qurulub. Binada Rəsm Qalereyası da yaradılıb.

Tarix-Diyarşünaslıq Muzeyində arxeologiya, etnoqrafiya, mədəniyyət, ideoloji və təsviri sənət bölmələri var. Arxeologiya bölməsində Saatlı ərazisində tapılan və eramızdan əvvəl III minilliyə aid müxtəlif məişət əşyaları nümayiş olunur. Burada Kür-Araz mədəniyyətindən başlayaraq orta əsrlər dövrünədək istifadə olunan məişət əşyaları da sərgilənir.

Muzeyin etnoqrafiya bölməsində XIX-XX əsrlərdə saatlılıların həyat tərzini və məişətini əks etdirən eksponatlar yer alıb. Dəmirçi və dulusçu emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdə yaşayış tərzini əks etdirir.

Mədəniyyət bölməsində müxtəlif sənət əsərləri, xüsusilə də xalçaçılığa aid nümunələr, bəzək əşyaları sərgilənir. İdeoloji bölmədə isə Azərbaycan tarixi, görkəmli şəxsiyyətlər və dövlətçiliyimizə həsr olunan filmlər nümayiş olunur. Muzeydə eksponatların bərpası və qorunması məqsədilə ayrıca fond-bərpa otaqları da yaradılıb.

Daha sonra prezident Şahmat Məktəbinin açılışında iştirak edib. Məktəb Azərbaycan Prezidentinin 2011-ci il 11 may tarixli sərəncamı ilə Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılmış vəsait hesabına inşa olunub. Məktəbin tikintisinə ötən ilin sentyabrında başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR