Müsavat Divanının toplantısı keçirilib

Müsavat Divanının toplantısı keçirilib
# 05 noyabr 2012 13:35 (UTC +04:00)
Bakı-APA. Müsavat Partiyası Divanının toplantısı keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, gündəliyin qərarların icrası bölümündə noyabrın 2-də Milli Məclisin qarşısında keçirilmiş etiraz aksiyası haqqında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, güclü yağış yağmasına və polislərin ciddi təzyiqlərinə baxmayaraq aksiya keçirmək mümkün olub. Divan göstərdikləri fədakarlığa görə aksiya iştirakçılarına təşəkkür elan edib.

Partiyadaxili məsələnin müzakirəsi zamanı keçirilmiş zona müşavirələri haqqında məlumat verilib. Həmin müzakirələrdə səsləndirilmiş təkliflərlə bağlı müzakirələr aparılıb. Növbəti zona müşavirələrinin qrafiki dəqiqləşdirilib.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə partiya başqanı İsa Qəmbərin Ankarada MHP-nin qurultayında iştirakı haqqında məlumat verilib. Daha sonra razılaşdırılmamış aksiyalara görə cərimələrin dəfələrlə artırılması haqda müvafiq qanuna əlavələr edilməsinə münasibət bildirilib.

Divan Nigar Yaqublunun istintaqının yekunlaşması və işin məhkəməyə verilməsi haqqında məlumatı dinləyərək, keçiriləcək məhkəməni diqqətdə saxlamaq və onun müdafiəsi üçün zəruri işlərin görülməsi haqda tapşırıq verib.

Sonda cari məsələlərə baxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR