Azərbaycanın şimal-qərb bölgəsində növbəti zəlzələ baş verib-YENİLƏNİB

Azərbaycanın şimal-qərb bölgəsində növbəti zəlzələ baş verib-<font color=red>YENİLƏNİB</font>
# 14 oktyabr 2012 13:21 (UTC +04:00)

APA-nın xəbərinə görə, Mərkəzin lkin məlumatına əsasən, yerli vaxtla saat 10:08-də, Zaqataladan 31 km qərbdə, Balakən rayonu ilə Gürcüstan sərhədində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.6 bal təşkil edib.

İkinci zəlzələ isə yerli vaxtla saat 15:13-da, Zaqataladan 28 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhədində qeydə alınıb. Məlumata görə, zəlzələnin maqnitudası 5.7 bal təşkil edib.

Zəlzələ hiss olunub.

***
15.34

Bu gün Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ baş verib. Zəlzələ Balakən, Zaqatala, Gəncə və digər ətraf ərazilərdə də hiss olunub. Zəlzələnin daha güclü hiss olunduğu yer isə Balakən rayomu olub.

Balakən rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, zəlzələnin təkanları güclü olub. Hazırda rayonda əhali evlərindən və iş yerlərindən çıxıblar.

İH-dən onu da bildiriblər ki, təkanlar nətixcəsində tikintilərdə müəyyən dağıntıların olması barədə məlumat daxil olub. Ölüm və xəsarət alanlarla bağlı hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi ötən gecə ilkin məlumatlara əsasən, yerli vaxtla saat 23:44-də Zaqataladan 30 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhədində zəlzələ qeydə alınması barədə məlumat yayıb. Məlumata görə, zəlzələ Balakən, Zaqatala rayonlarında 4 bal, Mingəçevir, Gəncə, Şəkidə isə 3 bala qədər hiss olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR