Bakıda və bölgələrdə qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib

Bakıda və bölgələrdə qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib
# 22 oktyabr 2012 13:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ötən həftə Bakı şəhərində, həmçinin Quba, Qusar, Xaçmaz və Siyəzən rayonlarında qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib. Bu barədə APA-ya DMX-dən məlumat verilib.

Keçirilən tədbirlər nəticəsində Azərbaycanın qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 106 əcnəbi aşkar edilib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul olunub.

DMX tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR