Gələn il Azərbaycan Silahlı Qüvvələrə 3,7 milyard dollar vəsait xərcləyəcək

Gələn il Azərbaycan Silahlı Qüvvələrə 3,7 milyard dollar vəsait xərcləyəcək
# 19 oktyabr 2012 13:20 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan hökumətindən məlumat verilib.

Büdcənin müdafiə xərcləri bölməsi üzrə Silahlı Qüvvələrə, təhlükəsizlik qüvvələrinə və hərbi sənaye sahəsinə bilavasitə 1 milyard 528 milyon 582 min manat vəsait ayrılacaq. Bu vəsaitin 1 milyard 416 milyon 364 min manatı müdafiə qüvvələri (o cümlədən, 1 milyard 19 milyon 442 min manatı ordu və donanma, 111 milyon 749 min manatı Dövlət Sərhəd Xidməti, 5 milyon 391 min manatı Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti), 106 milyon 439 min manatı milli təhlükəsizlik, 2 milyon 733 min manatı müdafiə sahəsində tətbiqi tədqiqatlar, 3 milyon manatı isə digər xərclər üçün Müdafiə Sənayesi Nazirliyinə ayrılacaq.

Bundan başqa, büdcədə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, imkanlarının artırılması üçün 1 milyard 172 milyon manat əlavə vəsait nəzərdə tutulur. Bu da 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 75 milyon 952 min manat və ya 6,9% çoxdur.

Silahlı Qüvvələrin tərkib hissəsi olan Daxili Qoşunlar və Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) isə büdcənin hüquq-mühafizə orqanları və məhkəmə hakimiyyəti bölməsi üzrə maliyyələşdirilir.

Daxili Qoşunlara isə 2013-cü ilin dövlət büdcəsindən 136 milyon 234 min manat, XDMX-yə isə 74 milyon 74 min manat vəsait ayrılması nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR