Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,3% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,3%, Nasdaq 0,3% enib
# 25 oktyabr 2012 08:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 24-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 077 bəndədək, S&P 500 0,3% - 1 409 bəndədək, Nasdaq 0,3% - 2 982 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin enməsinə Federal Ehtiyat Sisteminin bəyanatı təsir edib. Belə ki, FES bəyan edib ki, ölkə iqtisadiyyatı aşağı templə artır, işsizlik isə yüksək səviyyədə qalmaqdadır.

Avropa fond bazarlarında oktyabrın 24-də FTSE 100 indeksi 0,1% - 5 805 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 193 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 427 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 707,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2987 (0,0%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR