İstanbulda “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu” mövzusunda beynəlxalq forum keçirilir – FOTO

İstanbulda “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu” mövzusunda beynəlxalq forum keçirilir – <font color=red>FOTO </font>
# 15 oktyabr 2012 11:06 (UTC +04:00)
Azərbaycan Gənclər Fondunun mətbuat katibi Aynur Həsənzadənin APA-ya verdiyi məlumata görə, dünən işə başlayan konfransın keçirilməsində məqsəd dialoqun yaradılması məqsədilə müxtəlif ölkələrdən olan gənc liderləri bir araya toplamaq, fərqli mədəniyyət, dil və ənənələrə sahib olan region ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni, coğrafi dəyərləri irəliyə aparmaq və bu məqsədlə gənclərin rolunu ortaya qoymaqdır. Forumun keçirilməsinə Türkiyə Böyük Millət Məclisi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Gənclər Fondu, Türk Dünyası Bələdiyyələr Birliyi və Xəzər Strateji İnstitutu dəstək verir.

Forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Avropa parlamentinin millət vəkilləri, Rusiya, Moldova, Gürcüstan, Ukrayna, Serbiya, Monteneqro, Makedoniya, Latviya, Litva, Xorvatiya, Macarıstan, Rumıniya, Bosniya və Herseqovina, Misir, Pakistan, İraq və Mərakeş daxil olmaqla 25 ölkədən millət vəkilləri, diplomatlar, məmurlar, beynəlxalq və Qeyri-Hökumət Təşkilatları təmsilçiləri iştirak edirlər.

Forumun rəsmi açılış mərasimində Türkiyə parlamentinin birinci vitse-spikeri Mehmet Sağlam, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Qırğızıstan parlamentinin vitse-spikeri Torobay Zulpukarov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər yüksək səviyyəli hökumət nümayəndələri iştirak və çıxış ediblər. F. Hacıyev forum iştirakçılarına Gənclər Fondunun fəaliyyəti, Fonda müraciət qaydaları və prosedurları barədə məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR