Nyu-Yorkda “Azərbaycan Mədəniyyəti Mərkəzi” açılıb

Nyu-Yorkda “Azərbaycan Mədəniyyəti Mərkəzi” açılıb
# 03 oktyabr 2012 20:00 (UTC +04:00)
Bakı-APA. Nyu-Yorkda qeydiyyatdan keçmiş “Azərbaycan Mədəniyyəti Mərkəzi”-nin açılış mərasimi keçirilib.
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, tədbirə nümayəndəliyin əməkdaşları, Nyu-Yorkda fəaliyyət göstərən diplomatlar, ABŞ-da mövcud olan digər ölkələrin mədəniyyət mərkəzlərinin nümayəndələri, türkdilli ölkələrin diaspora təmsilçiləri, yəhudi icmaları və iş adamları qatılıblar. Açılış mərasimdə Azərbaycanın əməkdar artisti Telman Cəlilov çıxış edərək bildirib ki, mədəniyyət mərkəzi Azərbaycanı ABŞ-da tanıtmaq, iki ölkə arasında mövcud olan dostluq əlaqələrini daha da möhkəmləndirmək məqsədi ilə yaradılıb. Sonra Nyu York şəhərində məskunlaşmış Azərbaycandan olan müğənnilərin iştirakı ilə xalq və estrada mahnıları səsləndirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR