Azərbaycan Milli Elmlər Akademiyasında xarici dil fənnindən doktoranturaya qəbul imtahanları başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasında xarici dil fənnindən doktoranturaya qəbul imtahanları başlayıb
# 01 noyabr 2012 08:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi təşkilat və müəssisələrində 2012-2013-cü tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə xarici dil fənnindən doktoranturaya qəbul imtahanları başlayıb.

AMEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlunun APA-ya verdiyi xəbərə görə, doktoranturaya xarici dil fənnindən qəbul imtahanları noyabrın 1-dən 14-dək aparılacaq.

İmtahanların nəticələrinə bütün imtahanlar başa çatdıqdan sonra əvvəlcə institutların Elmi Şuralarında, sonra AMEA-nın bölmələrində və sonda Rəyasət Heyətində baxılacaq.

Bu il AMEA sistemi üzrə fəlsəfə doktoru proqramında doktoranturanın 288 plan yerinə 354 nəfər sənəd verib. Onlardan 158 əyani plan yerinə 170, 130 qiyabi plan yerinə 184 nəfər sənəd verib. Sənəd verənlərin 5 nəfəri xarici ölkə vətəndaşıdır. Onlardan biri Türkiyə, ikisi İran, biri Liviya, biri Qırğızıstan vətəndaşıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR