Tiflisdə Mixail Saakaşvilinin və Bidzina İvanişvilinin görüşü baş tuta bilər
09 oktyabr 2012 04:47 (UTC +04:00)
Bakı-APA. Bu gün Tiflisdə prezident Mixail Saakaşvilinin və baş nazir vəzifəsinə ən ehtimal olunan namizəd, parlament seçkilərində qalib gəlmiş “Gürcü arzusu” koalisiyasının lideri Bidzina İvanişvilinin görüşü nəzərdə tutulub.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, görüşdə parlament seçkilərindən sonra Gürcüstanda vəziyyət, yeni parlamentin ilk iclasına hazırlığın müzakirə olunması planlaşdırılır. Qeyd edək ki, parlamentin ilk iclasında yeni hökumətin tərkibi təsdiq olunmalıdır.
Dünən İvanişvili nazirlər postuna namizədlərin siyahısını açıqlayıb. Seçki ərəfəsində gərgin mübahisələrə baxmayaraq İvanişvili bildirib ki, “Saakaşvili konstruktiv mövqe tutduğu halda onunla əməkdaşlıq etməyə hazırdır”.
Gürcüstan parlamentinin yeni tərkibində “Gürcü arzusu” koalisiyası 83 mandata, hakim “Vahid milli hərəkət” isə 67 mandata sahibdir.

Avropa
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:43
19 may 2024
Reuters: Slovakiya Fikonu öldürməyə cəhd edən şəxsin təkbaşına hərəkət etmədiyi versiyasını yoxlayır
18:57
19 may 2024
Business Insider: NATO-nun artıq Ukrayna üzərində səmanı necə qorumaq modeli var
18:38
19 may 2024
Dunay çayında motorlu qayıqla sərnişin gəmisi toqquşub, iki nəfər ölüb, beş nəfər itkin düşüb
15:35
19 may 2024