“Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib

“Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib
# 02 noyabr 2012 15:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramı tərəfindən “Dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dəyirmi masada Azərbaycanın müxtəlif dövlət orqanlarının, Dövlət İdarəçilik Akademiyasının, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı Ukrayna, Estoniya, Moldova və Gürcüstanın ali təhsil müəssisələrinin və dövlət qulluğu sahəsinə məsul olan qurumlarının nümayəndələri də iştirak edib. Tədbir ölkə prezidentinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş mərkəzi icra hakimiyyəti orqanlarına ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin hazırlanması prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb etmək və ictimai dinləmələr keçirmək tapşırığına uyğun olaraq keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR