Bolqarıstanda atom elektrik stansiyasında qəza baş verib

Bolqarıstanda atom elektrik stansiyasında qəza baş verib
# 23 oktyabr 2012 18:43 (UTC +04:00)
Bakı-APA. Bolqarıstandakı “Kozloduy” atom elektrik stansiyasında (AES) baş vermiş qəza ilə bağlı altıncı reaktor dayandırılıb.

APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, qəza turbo generatorların idarə olunması elektron sistemində baş verib. Stansiya işçiləri elektron sistemin işini saxlayarkən öz növbəsində reaktorun qəza rejimində dayandırılması sistemi işə düşüb.

Bolqarıstan KİV-ləri bildiriblər ki, radiasiya sızması baş verməyib, stansiya ətrafındakı radioaktiv fon normadadır.

“Kozloduy” atom elektrik stansiyası şərqi Avropada olan ən böyük AES-dir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR