Bakı-Böyük Kəsik dəmir yolunun 42%-i əsaslı təmir olunub - FOTO

Bakı-Böyük Kəsik dəmir yolunun 42%-i əsaslı təmir olunub - <font color=red>FOTO</font>
# 18 oktyabr 2012 08:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı»nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun «APA-ECONOMICS»ə verdiyi məlumata görə, oktyabrın 18-22-də Goran-Mingəçevir mənzilində 8 km yolun əsaslı təmiri aparılacaq.

Qeyd edək ki, bu günə kimi 134 km yol əsaslı təmir olunub. Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir.

Əsaslı təmir işlərinə «Azərbaycan Dəmir Yolları» QSC «Dəmiryolservis» MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub. Yolların əsaslı təmiri prosesini Çexiya «Eximbank»ının nəzarət qrupu müşahidə edir. Təmir işləri başa çatandan sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR