Azərbaycanda böyük elektrik stansiyasını ildırım vurub, Bakıda və respublikanın bir sıra bölgələrində elektrik enerjisi kəsilib

Azərbaycanda böyük elektrik stansiyasını ildırım vurub, Bakıda  və respublikanın bir sıra bölgələrində elektrik enerjisi kəsilib
# 28 sentyabr 2012 05:15 (UTC +04:00)
Məlumatda qeyd olunub ki, ötən gecə sürən qeyri-sabit hava şəraiti nəticəsində Mingəçevirdə yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasının elektrik paylayıcı yarımstansiyasını ildırım vurub və İES-in bir neçə bloku sıradan çıxıb.

Hadisə nəticəsində paytaxt Bakı da daxil olmaqla respublikanın əksər şəhər və rayonlarında elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb. Bakı Metropoliteninin də işi iflic olub, metro fəaliyyətini dayandırıb.

Hadisə nəticəsində İES-də qısamüddətli yanğın da baş verib. Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.

Hazırda İES-in işinin bərpa olunması istiqamətində işlər görülür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR