Azərbaycan prezidenti tələbələrə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti tələbələrə verilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb
# 10 noyabr 2015 16:25 (UTC +04:00)

APA-nın məlumatına görə, sərəncamda 1.2-ci və 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilib:

“1.2. ali təhsil müəssisələrində:

adlı təqaüd alan tələbələrə – 120 manat

magistratura səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat

bakalavriat səviyyəsi üzrə:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat

1.3. orta ixtisas təhsili müəssisələrində:

akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat

akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat

akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat”.

Sərəncama aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilib: “Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilsin”.

2-ci hissə isə belə verilib: “Müəyyən edilsin ki, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir”.

Nazirlər Kabinetinə doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasını 2 ay müddətində hazırlayıb təsdiq etmək tapşırılıb.

Sərəncamın 1-ci hissəsi 2016-cı il fevralın 1-dən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR