«Rabitəbank» son bir ildə aktivlərini 20% artırıb

«Rabitəbank» son bir ildə aktivlərini 20% artırıb
# 12 fevral 2013 07:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il yanvarın 1-nə 156,744 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,4% çoxdur.


Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,1% artaraq 107,159 mln. manata çatıb. O cümlədən, istehlak kreditlərinin həcmi 35,949 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin əvvəlinə olan göstəriciyə nisbətən 1,9 dəfə çoxdur.

Bankın depozit portfeli 2012-ci ildə 9,9% artaraq 84,469 mln. manata çatıb. O cümlədən, əhalinin əmanətlərinin həcmi 73,897 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 19,8% çoxdur.


Ötən il ərzində bankın məcmu kapitalı 2 dəfəyə yaxın artaraq 32,918 mln. manat, o cümlədən nizamnamə kapitalı 2,2 dəfə artaraq 30,0 mln. manat təşkil edib.


Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 4,8% artaraq 48 474, o cümlədən fiziki şəxslərin sayı da 3,1% artaraq 47 677, hüquqi şəxslərin sayı 4,8% artaraq 797 olub. Bankın dövriyyədə olan plastik kartlarının sayı 2013-cü ilin yanvarın 1-nə 10 854-ə bərabərdir ki, bu da illik müqayisədə 27% çoxdur. O cümlədən, debet kartların sayı 2012-ci ildə 23,4% artaraq 7 664-ə, kredit kartların sayı 36,6% artaraq 3 190-a çatıb.

Hazırda bankın ölkə üzrə 18 filialı, 30 bankomatı, 606 POS-terminalı fəaliyyət göstərir. Bankın 451 işçisi var, bank üzrə orta aylıq əmək haqqı 785 manatdır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR