“Zaminbank” dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayına görə liderliyini qoruyur

“Zaminbank” dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayına görə liderliyini qoruyur
# 18 iyul 2016 08:43 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. Azərbaycan İpoteka Fondu (AİF) hesabına bu ilin I yarısında bankların verdiyi ipoteka kreditlərinin sayı açıqlanıb.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat fondun saytında yerləşdirilib.

Məlumata əsasən, ipoteka kreditləşməsi başlanandan indiyədək Azərbaycanda 29 bank AİF-in vəsaitləri hesabına ipoteka krediti verib. Siyahıya nəzər salanda məlum olur ki, 2006-cı ildən 2016-cı il iyulun 1-nə qədər AİF-in hesabına verilən ipoteka kreditlərinin sayına görə “Zaminbank” liderdir. Hesabat dövründə bu bank 1631 ipoteka krediti verib. Qeyd edək ki, indiyə qədər ipoteka kreditlərinin həcminə görə, uzun müddət “AG Bank” lider olub. Verilmiş ipoteka kreditlərinin sayına görə ilk beşliyi “AG Bank” (1435), "Xalq Bank" (1266 kredit), "Dəmirbank" (1247 kredit), "Bank Standard" (1181 kredit) tamamlayır.

“Qafqaz İnkişaf Bankı” (64), “Yapı Kredi Bank”(52), “Əmrahbank” (47), "Azərbaycan Sənaye Bankı" (12) və “Rabitəbank” (8) AİF xətti ilə ən az ipoteka krediti verən banklardan sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR