ABŞ və Kuba səfirliklərin açılmasına dair razılığa gəliblər

ABŞ və Kuba səfirliklərin açılmasına dair razılığa gəliblər
# 01 iyul 2015 13:23 (UTC +04:00)

Bakı. Faiq Mahmudov – APA. Amerika Birləşmiş Ştatları və Kuba ötən il bərpa olunan diplomatik münasibətləri rəsmiləşdirməyi qərara alıblar.

APA-nın “CNN” istinadən verdiyi xəbərə görə, ABŞ rəsmi şəxsləri bildiriblər ki, Vaşinqtonla Havana səfirliklərin açılmasına dair razılığa gəlib.

“Biz, ABŞ və Kuba arasında rəsmi diplomatik münasibətlərin bərpa olunduğunu və səfirliklərin açılması barədə razılığın əldə olunmasını sabah rəsmən elan edəcəyik. Prezident Barak Obama və dövlət katibi Con Kerrinin sabah bunu bəyan edəcəyini gözləyirik”, - deyə ABŞ rəsmisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR