Dünyada qızıla tələbat azalıb

Dünyada qızıla tələbat azalıb
# 16 noyabr 2012 15:03 (UTC +04:00)

Bakı – APA-Economics. «World Gold Council» təşkilatı 2012-ci ilin III rübündə qızıl istehsalı və ona tələbat barədə növbəti hesabatını açıqlayıb. «APA-Economics»in məlumatına görə, hesabata əsasən, əvvəlki rüblə müqayisədə dünyada qızıla tələbat 10% artaraq 1 084,6 tona çatıb. Bununla yanaşı, hazırda qızıla olan tələbat ötən ilin eyni dövrü ilə müqayisədə 11% aşağıdır.

Hesabata görə, qızılın əsas istehlakçıları zərgərlik sahəsi və sənayedir. Dünyanın qızıla olan tələbatının 50%-dən çoxu (556,2 ton) bu iki sahənin payına düşür. Amma bu ötən ilki göstəricidən 3% azdır.

Son bir ildə qızıla sərmayə aləti baxımından da cəlbediciliyini itirib. Bu məqsədlə 429,9 ton qızıl alınıb ki, bu da ötən ilki göstəricidən 15% azdır. Baxmayaraq ki, bu dövrdə qızılın bahalaşması baş verib. Belə ki, bu dövrdə qızılın qiyməti 11% artaraq 1 unsiya üçün 1 770 dollara çatıb.

Hesabata əsasən bu dövrdə qızıla mərkəzi bankların marağı da azalıb. WGC-in məlumatlarına görə, mərkəzi banklar tərəfindən qızılın alınması 2011-ci ilin III rübündəki 141 tonluq rekord həddən 97,6 tona düşüb. Bu dövrdə Venesuela (3,7 ton), Rusiya (2,2 ton) və Meksika (0,3 ton) bankları öz qızıl ehtiyatlarını azaldıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR