Azərbaycanda Gürcüstan vətəndaşının avtomobilindən patron alışdırıcıları və 30 kq barıt tapılıb

Azərbaycanda Gürcüstan vətəndaşının avtomobilindən patron alışdırıcıları və 30 kq barıt tapılıb
# 14 fevral 2014 09:41 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Azərbaycanda Gürcüstan vətəndaşının avtomobilindən külli miqdarda patron alışdırıcısı və barıt aşkar edilib. Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bakı-Qazax yolunun 385-ci kilometrliyində Yol Patrul Xidməti Alayının daimi postunda Gürcüstan vətəndaşı Samir Məhərrəmovun idarə etdi “Mercedes” markalı avtomobil saxlanılıb. Avtomobilin yük yerinə baxış zamanı 347 min patron alışdırıcısı və 30 kiloqram barıt aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR