Azərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edilib - FOTOSESSİYA - VİDEO

Azərbaycan Ordusunun şəhid olan hərbçisi dəfn edilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 27 fevral 2014 10:18 (UTC +04:00)

APA-nın şimal bürosunun məlumatına görə, şəhid Kərəm Nöhbalayev doğulduğu Xaçmaz rayonunun Sayad kəndində yaylım atəşi ilə torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin və Xaçmaz rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, fevralın 26-da saat 15.30-da erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar.

Silahlı Qüvvələrimizin kiçik çavuşu Nöhbalayev Kərəm Şahin oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.


Şəhid olmuş kiçik çavuş Nöhbalayev Kərəm Şahin oğlu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR