Tehranda yaşayış binasında yanğın olub, 3 nəfər ölüb, 10 nəfər yanıq xəsarətləri alıb

Tehranda yaşayış binasında yanğın olub, 3 nəfər ölüb, 10 nəfər yanıq xəsarətləri alıb
# 17 fevral 2014 08:59 (UTC +04:00)

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Ölənlərdən ikisi kişi, biri qadındır. Onların tüstüdən boğularaq öldükləri bildirilir.

“Səadətabad” yaşayış kompleksində baş vermiş hadisə zamanı müxtəlif yanıq xəsarətləri almış 7 nəfər Tehran şəhərinin Şəhid Müdərris, Bəhmən və Həzrət Rəsul xəstəxanalarına yerləşdirilib. Xəsarət alanlar arasında 5 yaşlı qız da var.

Digər üç nəfərin xəsarətləri yüngül olduğundan, ilkin ambulator yardımdan sonra onlar evə buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR