Təhsil Problemləri İnstitutunun direktoru: “Məktəblərdə şagirdlərin qiymətləndirilməsi ilə bağlı çətinliklər var”

Təhsil Problemləri İnstitutunun direktoru: “Məktəblərdə şagirdlərin qiymətləndirilməsi ilə bağlı çətinliklər var”
# 22 fevral 2014 09:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Bu gün məktəblərdə şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı kifayət qədər çətinliklər mövcuddur”. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu, həm müəllimlərin qiymətləndirmə strategiyası ilə bağlı bacarıqları, həm də mövcud olan qiymətləndirmə mexanizmlərinin tətbiqi ilə əlaqədar qarşıya çıxan çətinliklərdən qaynaqlanır. O qeyd edib ki, islahat aparılmalı sahələrdən biri də məktəblərdə qiymətləndirmə mexanizminin təkmilləşdirilməsi, optimallaşdırılmasıdır.

Q. Novruzov məktəbəqədər təhsil müəssisələrində yeni fənn kurrikulumlarının tətbiqi məsələsinə də aydınlıq gətirib: “Artıq məktəbəqədər təhsil müəssisələri üçün yeni fənn kurrikulumları hazırlanaraq Təhsil Nazirliyi tərəfindən təsdiq edilib və bu ildən pilot şəkildə tətbiqinə başlanıb. Sınaqların nəticələri bir daha müzakirə olunduqdan sonra növbəti tədris ilindən məktəbəqədər bütün təhsil müəssisələrində yeni kurrikulumları tətbiq etmək mümkün olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR