Şamil Basayevin qatili Türkiyədə həbsxanasında saxlanılır

Şamil Basayevin qatili Türkiyədə həbsxanasında saxlanılır
# 19 fevral 2014 21:54 (UTC +04:00)

APA-nın məlumatına görə, Basayev 2006-cı ilin iyulunda yük avtomobilinin partladılması nəticəsində həlak olub.

Prokuror Əhməd Dəmirhüyük Hürriyet Daily News-a yük avtomobilinin məhz Temur Maxauri tərəfindən hazırlandığını deyib. Həmçinin, Maxauri “Qafqaz əmirliyi” terror təşkilatının İstanbuldakı nümayəndəsi Əli Osayevin qətlində və qondarma İçkeriya Respublikasının şəriət məhkəməsinin sədri Şamsuddin Batukayevə qarşı nəticəsiz qalmış sui-qəsddə ittiham olunur.

Martın 3-də İstanbulda 2009-2011-ci illərdə 5 nəfər çeçen əsillinin qətli ilə bağlı məhkəmə prosesi başlayır. Osayevdən başqa zərərçəkmişlər siyahısında 2011-ci ildə İstanbulda qətlə yetirilmiş Basayevin üç silahdaşının (Berq Xəc Musayev, Zaurbek Amriev və Rustam Altemirov) adları da var. Beşinci öldürülmüş şəxsin adı açıqlanmır.

İttihamnaməyə görə, son üç qətl hadisəsi Türkiyəyə saxta pasportlarla gələn Rusiya Federal Təhlükəsizlik Xidmətinin iki agenti tərəfindən törədilib. Sənəddə Rusiyanın çeçen liderlərini təqib etməsi və çeçen qruplaşmaları ilə Türkiyə ərazisində mübarizə aparması faktları da yer alır. Prokurorluq müttəhimlərin hər biri üçün ömürlük həbs cəzası tələb edir.

Xatırladaq ki, 1995-ci ildə Şamil Basayevin rəhbərliyi altında Stavropol diyarının Budyonnovsk şəhərindəki xəstəxanaya hücum edilməsi nəticəsində 130 dinc sakin ölüb. Basayev 2002-ci ilin oktyabrında Moskvada, Dubrovka teatr mərkəzində çoxsayda insanın girov götürülməsinə, 2004-cü ilin sentyabrında Beslan şəhər məktəbinin ələ keçirilməsinə, 2003-cü ilin iyulunda Moskvada rok-festivalda törədilən partlayışa, 2004-cü ildə isə iki sərnişin təyyarəsinin partladılmasına və bir sıra digər terror aktlarına görə məsuliyyəti öz üzərinə götürmüşdü. Rusiya xüsusi xidmət orqanları Basayevin onlar tərəfindən öldürüldüyünü bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR