Krım hökuməti: “Sevastopolda hərbi bazaya hücum olmayıb”

Krım hökuməti: “Sevastopolda hərbi bazaya hücum olmayıb”
# 07 mart 2014 23:10 (UTC +04:00)

APA-nın UNN saytına istinadən verdiyi məlumata görə, bu barədə Aksyonov televiziya vasitəsi ilə açıqlama verib.

Onun sözlərinə görə, hərbi hissəni ələ keçirmə cəhdləri olmayıb. “Mən bu dəqiqə oraya zəng etdim, heç bir hücum olmayıb, vətəndaşların təhlükəsizliyinə hər hansı təhdid yoxdur”, - deyə Aksyonov bildirib.

Bundan əvvəl, Ukraynanın müdafiə nazirliyi və bir sıra yerli KİV-i Sevastopolda rus hərbçiləri tərəfindən hərbi hissəyə hücum haqqında məlumat yayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR