Almaniya kansleri: “İran Avropa üçün təhlükədir”

Almaniya kansleri: “İran Avropa üçün təhlükədir”
# 25 fevral 2014 14:31 (UTC +04:00)

Bakı – APA. Almaniya kansleri Angela Merkel İranı Avropa dövlətləri üçün potensial təhlükə mənbəyi kimi qiymətləndirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, A.Merkel Qüdsdə İsrail baş naziri Benyamin Netanyahu ilə birgə brifinqdə ümidvar olduğunu bildirib ki, “altılıq” ölkələrinin iştirakı ilə aparılan danışıqlarla bu təhlükəni dəf etmək mümkün olacaq.

“Biz İranın təkcə İsrail üçün deyil, bütün Avropa üçün təhlükəli olduğunu görürük”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR