Müğənninin evindən oğurluq edən şəxsin apellyasiya şikayəti təmin edilib

Müğənninin evindən oğurluq edən şəxsin apellyasiya şikayəti təmin edilib
# 02 may 2014 12:31 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib. Onun cəzası 9 il 6 aydan 8 il 6 aya endirilib.

Qeyd edək ki, N. Əliyev müğənni Pərvin Lətifovun evindən də oğurluq edib. 2 dəfə məhkumluq həyatı yaşayan N. Əliyev bir neçə mənzildən oğurluq edib.

O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Əliyev 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR