Azərbaycanda illik inflyasiya 2,1%-ə çatıb

Azərbaycanda illik inflyasiya 2,1%-ə çatıb
# 17 mart 2014 15:01 (UTC +04:00)

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk iki ayında ərzaq məhsullarının qiymətləri 2,4%, qeyri-ərzaq mallarının qiymətləri 3,5%, xidmət tarifləri 0,2% artıb.

Ötən ay yanvar ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,8% bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə yanvar ayının səviyyəsində qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR