Yevlaxda məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi müzakirə olunub - FOTO

Yevlaxda məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi müzakirə olunub - <span style="color: red;">FOTO
# 30 may 2014 11:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Dövlət Sosial Müdafiə Fondu (DSMF) göstərdiyi elektron xidmətlərlə bağlı maarifləndirmə və məlumatlandırma işini ayrı-ayrı bölgələrdə davam etdirir.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu gün Yevlaxda keçirilən “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” adlı növbəti regional təqdimatda Yevlax, Tərtər, Bərdə, Ağcabədi, Laçın, Ağdam, Goranboy, Mingəçevir, Göyçay, Ucar, Ağdaş, Zərdab, Naftalan və Xocalı rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

Fondun şöbə müdiri Famil Qədimov bildirib ki, hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və DSMF əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər həyata keçirməkdədir. DSMF-nin elektron xidmətlərindən biri də “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”dir və hazırda sığortaedənlər bu elektron xidmətdən fəal şəkildə istifadə edirlər: “Bu ilin mayın 1-nə Fondun 86 yerli orqanı üzrə 713 798 sığortaedən haqqında məlumat KÖMİS-ə inteqrasiya edilib. Bu ilin I rübü ərzində məcburi dövlət sosial sığorta vəsaitlərin onlayn ödənilməsi elektron xidmətindən 131 653 istifadə sayı müəyyənləşdirilib”.

Tədbir çərçivəsində fondun elektron xidmətləri ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR