Azərbaycan iş adamları halal məhsulların sərgisinə dəvət olunub

 Azərbaycan iş adamları halal məhsulların sərgisinə dəvət olunub
# 04 mart 2014 10:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) İqtisadi Əməkdaşlıq Təşkilatı halal məhsulların sərgisini keçirəcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sərgi bu ilin dekabrın 8-10-da BƏƏ-nin Şarja şəhərində baş tutacaq.

Sərgidə sənaye, qida, əczaçılıq, parfümeriya, informasiya texnologiyaları və xidmət sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sərgidə iştiraka dəvət olunur.

Sərgidə iştirak və ya şirkətini təmsil etmək istəyənlər İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR