Aleksandr Turçinov: “Rusiya rəhbərliyi Ukrayna ərazisində törətdiyi bütün cinayətlərə görə cavab verəcək”

Aleksandr Turçinov: “Rusiya rəhbərliyi Ukrayna ərazisində törətdiyi bütün cinayətlərə görə cavab verəcək”
# 18 mart 2014 17:05 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, A. Turçinov Rusiya rəhbərliyini cinayətdə ittiham edib: “Mən Putinə xəbərdarlıq edirəm ki, Rusiyanın siyasi rəhbərliyi Ukrayna ərazisində törətdiyi bütün cinayətlərə görə cavab verəcək. Putin bu gün müstəqil dövlətin ərazisini ilhaq edərək ötən əsrin faşistlərinin əməllərini təkrarlayır. Bu, təhlükəli siyasi oyundur. Bu provokasiya təkcə Ukraynaya qarşı deyil, Avropada və bütün dünyada sabitliyə qarşı yönəlib. Nə Ukrayna, nə də dünya bizim ərazilərimizin ilhaqını tanımayacaq və bu prosesin hüquqi nəticəsi yoxdur”.

Baş nazir Arseni Yasenyuk isə Rusiya ilə münaqişənin siyasi mərhələdən hərbi mərhələyə keçdiyini bildirib. O, ABŞ, Britaniya və Rusiya müdafiə nazirlərinin iştirakı ilə təcili toplantı keçirilməsi təklifi ilə çıxış edib: “ABŞ, Britaniya və Rusiya məşhur Budapeşt Memorandumuna əsasən bizim təhlükəsizliyimizin qarantıdır. Münaqişənin daha da böyüməsinin qarşısını almaq üçün müdafiə nazirlərinin iştirakı ilə təcili iclas çağırılmasını təklif edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR