Yanukoviç Rusiyadan kömək istəyib

Yanukoviç Rusiyadan kömək istəyib
# 27 fevral 2014 11:40 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə o bu gün yaydığı bəyanatında bildirib.

V. Yanukoviç onun ölkədə hakimiyyəti ələ keçirmiş “ekstremistlər”in əməllərindən qorumaq üçün Rusiyadan yardım da istəyib.

Eks-prezident Ali Radanın qəbul etdiyi qərarların qeyri-legitim olduğunu vurğulayıb.

V. Yanukoviç bildirib ki, onu və tərəfdarlarını qisas almaqla hədələyirlər. O, Ukraynada vəziyyəti hüququ müstəviyə qaytarmağa çağırıb və özünü ölkənin qanuni rəhbəri hesab etdiyini deyib.

“Əminəm ki, bu şərtlərlə qəbul olunan bütün qərarların qeyri-effektiv olduğu ən qısa zamanda məlum olacaq, həmin qərarlar icra olunmayacaq”, - deyə V. Yanukoviç vuröulayılb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR