Ötən ay Azərbaycanda sığorta ödənişlərinin həcmi 14% artım olub

Ötən ay Azərbaycanda sığorta ödənişlərinin həcmi 14% artım olub
# 03 mart 2014 14:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin fevral ayı ərzində Azərbaycanda «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növünə aid 1 736 sığorta tələbi üzrə 2 254 178 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, nəqliyyat vasitələrinə dəyən zərər üzrə 1 603 sığorta tələbi ilə bağlı 2 007 524 manat, əmlaka dəyən zərər üzrə 48 sığorta tələbi ilə bağlı 40 404 manat, sağlamlığa dəyən zərər üzrə 59 sığorta tələbi ilə bağlı 76 250 manat və şəxsin ölümü üzrə 26 sığorta tələbi ilə bağlı 130 000 manat ödənilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə fevralda sığorta ödənişlərinin məbləğində 14% artım müşahidə edilib. Hesabat dövründə avtomobillərə dəymiş zərərə görə verilmiş sığorta ödənişlərinin orta məbləği 1 252 manat təşkil edib.

Ötən ay İcbari Sığorta Bürosu tərəfindən 4 kompensasiya tələbi üzrə 17 510 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR