Suriya-Türkiyə sərhədində baş vermiş partlayış nəticəsində 24 nəfər ölüb, 40-dan çox insan yaralanıb - VİDEO

Suriya-Türkiyə sərhədində baş vermiş partlayış nəticəsində 24 nəfər ölüb, 40-dan çox insan yaralanıb - <span style="color: red;">VİDEO
# 21 fevral 2014 04:23 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, partladıcı quraşdırılmış avtomobil Türkiyə sərhədi yaxınlığındakı Suriyanın Əs-Səlame sərhəd məntəqəsinin qarşısında saat 18.00 radələrində işə salınıb.

Milliyet qəzetinin məlumatına görə, partlayış nəticəsində hadisə yerində 20 nəfər ölüb, daha 4 nəfər xəstəxanaya aparılarkən keçinib, 40-dan çox insan yaralanıb. Ölən və yaralıların Suriya vətəndaşı olduğu bildirilir.

Hurriyet qəzetinin məlumatına görə, Əs-Səlame yaxınlığında Azad Suriya Ordusu və “Əl Qaidə” ilə əlaqəli “İraq və Levantedə İslam Dövləti” radikal qruplaşmasının dəstələri arasında şiddətli döyüşlər gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR