Xələf Xələfov Gürcüstanla sərhədlərinin delimitasiyası üzrə komissiyanın fəaliyyətində fasilə yaranmasının səbəblərini açıqlayıb

Xələf Xələfov Gürcüstanla sərhədlərinin delimitasiyası üzrə komissiyanın fəaliyyətində fasilə yaranmasının səbəblərini açıqlayıb
# 24 fevral 2014 09:51 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Azərbaycan xarici işlər nazirin müavini Xələf Xələfov Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiya ilə bağlı hazırkı vəziyyəti şərh edərkən deyib.

X. Xələfov əlavə edib ki, növbəti iclas Gürcüstanda keçirilməlidir, lakin tarix hələlik müəyyənləşməyib.

Rusiya ilə sərhədinin demarkasiya məsələsinə toxunan X. Xələfov qeyd edib ki, bununla bağlı son iclas Moskvada keçirilib və orada çoxlu qərarlar qəbul edilib: “Demarkasiya da delimitasiya kimi çox mürəkkəb prosesdir. Çoxlu sayda hüquqi-normativ sənəd hazırlanmalı, demarkasiya işlərinin aparılması üçün hüquqi-normativ baza yaradılmalıdır. Bunlar tərəflər arasında razılaşdırılaraq qəbul olunur. Moskvada keçirilən iclas zamanı müxtəlif normativ sənədlər, standartların, işarələrin müəyyən edilməsi və onların sərhəddə quraşdırılması ilə bağlı qərarlar qəbul olunub. Hazırda digər normativ sənədlər üzərində işləyir, müvafiq qurumlarla razılaşma işləri aparırıq. Düşünürəm ki, yaxın vaxtlarda bu işləri tamamlayacaq, Rusiyaya Azərbaycanda keçiriləcək növbəti iclasın tarixini təklif edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR