Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
# 25 fevral 2014 11:10 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru, Rafael Hüseynov XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı və onun başvermə səbəbləri, şəhərin işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayət barədə ətraflı məlumat verib.


Fevralın 24-də Respublika Hərbi Prokurorluğunun inzibati binasında tarixi sənəd, faktlar və istintaq materialları əsasında Memorial Soyqırımı muzeyinin açılışının keçirildiyini də nəzərə çatdıran millət vəkili muzeyin xalqımıza qarşı törədilən soyqırımı, deportasiya, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət zəngin kitab fondu ilə də təchiz olunduğunu söyləyib: "Mart ayında muzeyin ekspozisiyasını əhatə edən 3 dildə bələdçi kitabın nəşr edilməsinin də nəzərdə tutulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR